“Python ilə Data Analitikası” kitabı, ana dilimizdə mövcud olan mənbə çatışmazlığını aradan qaldırmaq məqsədi ilə hazırlanmış və öz dilimizdə oxumaq və öyrənmək istəyənlər üçün xüsusi olaraq nəzərdə tutulmuşdur. Kitabın içindəki bütün mətnlər, oxucunun proqramı ən sadə və aydın şəkildə başa düşməsini təmin etmək üçün diqqətlə yazılmışdır. Python proqramlaşdırma dilinin və data analitikasının istifadəsinə dair bütün əsas məlumatlar, praktiki nümunələr və izahlarla birlikdə kitabda ətraflı şəkildə əhatə olunur. Artıq Python ilə data analitikasını öyrənmək və praktiki biliklər əldə etmək sadəcə bir addım uzağınızdadır. Nəzəriyyə kitabında təqdim olunan hər bir yanaşmanı praktika kitabındakı tapşırıqlar vasitəsilə sınaqdan keçirə və mövcud biliklərinizi daha da dərinləşdirə bilərsiniz. Bu kitablar birlikdə sizə həm nəzəri, həm də praktiki bilikləri mükəmməl şəkildə mənimsəmək üçün əvəzsiz bir resurs təqdim edir.


“Python ilə Data Analitikası” kitabı və “Python ilə Data Analitikası Test və Praktika” kitabı toplam 4 hissəyə ayrılır:

  1. Proqramlaşdırmaya giriş
  2. Python proqramlaşdırma dilinin əsasları
  3. Python ilə Dataya giriş
  4. Data təmizlənməsi və analitikası

Hər mövzu, daxilində xırda detalları və ətraflı izahı əhatə edir.

Nəzəriyyə kitabı mündəricata bax!
Praktika kitabı mündəricata bax!