Salam hörmətli oxuyucu. Mən Coşqun Hüseynov. Hazırda Polşada “IG” trading şirkətində Süni İntellekt komandasında “Data Scientist” olaraq çalışıram. Bu şirkətdə 1 il “Marketing Data Analyst” kimi çalışdıqdan sonra Süni İntellekt komandasına keçid etdim.

Data sahəsində 6 illik təcrübəyə sahibəm. Bu təcrübəmin daxilində 5 illik Python təlimçisi təcrübəsidə yer alır. İndiyə qədər fərqli sahələrdə fərqli cür datalar ilə işləmək şansım olmuşdur.

Karyerama PAŞA Sığortada Data Analitik kimi başlamış, bir müddət sonra “Agile” layihəsinə transfer olaraq Data Science komandası üzrə funksiyonal rəhbər vəzifəsinə keçid etmişəm. Bu təcrübə ilə paralel olaraq Data SoCool tədris mərkəzində Python üzrə təlimlər keçmişəm. Ümumi 4 il iş təcrübəsi yığaraq təcrübəmi xarici bazarda davam etdirmə qərarı almışam.

Polşada ilk olaraq “KCR” adlı tibb şirkətində Data Science Analyst olaraq davam etdim. Və ardınca isə “IG” şirkətində kariyerama davam edirəm. Hal hazırda DOST tədris mərkəzində Python ilə Data Science təlimi keçirəm.